Dövlət Proqramı üzrə 500 nəfər təqaüdçü seçilib |SİYAHI

Dövlət Proqramı üzrə 500 nəfər təqaüdçü seçilib    |SİYAHI
  24 İyul 2026    Oxunub:303
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.
Müsabiqənin yekununa əsasən, seçim meyarlarına cavab verən namizədlər Dövlət Proqramının iştirakçısı adını qazanıblar. Belə ki, proqram çərçivəsində 125 nəfər bakalavriat, 353 nəfər magistratura, 22 nəfər isə doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.

Proqram iştirakçılarından 155 nəfəri dünyanın ilk 10-luğunda yer alan ali təhsil müəssisələrində təhsil alacaq. Onların seçdiyi universitetlər sırasında Stanford University, Massachusetts Institute of Technology (MIT), National University of Singapore, University of Oxford, University of California, Berkeley, ETH Zurich, Harvard University və Yale University yer alır.

Təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

AzVision.az



Teqlər:






Xəbər lenti